Fazil Həsənəliyevə ağır itki

fazil-heseneliyeve-agir-itki
Oxunma sayı: 11620

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi, ədliyyə generalı Fazil Həsənəliyevə ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, F.Həsənəliyevin qardaşı Ataxan Həsənəliyev vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Xəbəri rus dilində oxuyun: Когда закончится война? - Интервью с Дмитрием Гордоном

Qeyd edək ki, Həsənəliyev qardaşları uzun müddət Naxçıvan Muxtar Respublikasında rəhbər vəzifələrdə çalışmış, eləcə də 2017-ci ilədək Naxçıvan MR Ali Məclisinin sədrinin müavini olmuş Mirhəşim Seyidovun bacısının övladlarıdır.

Fazil Həsənəliyev isə daha əvvəl Bakı şəhər prokurorunun birinci müavini, Gəncə şəhər prokuroru kimi vəzifələrdə çalışıb.

Nizam Rza