Türkiyənin “Fənərbaxça” komandası baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata görə, idarə heyətinin toplantısından sonra baş məşqçi Domeniko Tedesko və onun köməkçiləri istefaya göndərilib.
Klub rəhbərliyi bununla kifayətlənməyərək idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də yolları ayırmaq qərarına gəlib:
“Domeniko Tedesko və texniki heyəti, həmçinin idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə yollarımız ayrılıb. Onlara klubumuza göstərdikləri xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”.
Xatırladaq ki, ötən gün Türkiyə Super Liqasının 31-ci turunda “Fənərbaxça” səfərdə əzəli rəqibi “Qalatasaray”a 3:0 hesabı ilə uduzmuşdu. Mövsümün sonuna qədər komandanı Zeki Murat Gölənin idarə edəcəyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər