10-12 sentyabrda Qəbələ rayonunun meşə zolağında FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş nazirliyin qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib.
“Qafqazinfo” xəbər verir ki, çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 14 komandadan 50-yə yaxın əməkdaş öz qüvvəsini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışın son günündə komanda və şəxsi (kişilər və qadınlar) hesab üzrə qaliblər müəyyən olunub. Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib.
Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunları (MMQ), 2-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (KHGNSXDX), 3-cü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandası tutub.
Bundan əlavə, qadınlar arasında şəxsi yarışlarda 1-ci yerə TTNDA-nın əməkdaşı Sevda Verdiyeva, 2-ci yerə MMQ-nin əməkdaşı Fəridə Hüseynzadə layiq görülüb.
Kişilərin yarışında 1-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Rufulla Fətullayev, 2-ci yeri FHN Akademiyasının əməkdaşı Özcan Kərimov, 3-cü yeri isə Bakı Regional Mərkəzinin əməkdaşı Azad Heydərov tutub.
Qaliblərə kubok, diplom və medallar təqdim olunub.





Son xəbərlər
Son Xəbərlər