FHN-nin regional mərkəzlərində Milli Qurtuluş Günü qeyd edildi - Fotolar

fhn-nin-regional-merkezlerinde-milli-qurtulus-gunu-qeyd-edildi
Oxunma sayı: 913

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram tədbirlərində 1992-1993-cü illərdə baş vermiş hadisələrlə bağlı ətraflı məlumat verilib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı misilsiz xidmətləri xüsusi qeyd olunub. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Dahi rəhbər Azərbaycanı parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas edərək müstəqilliyimizi qoruyub və möhkəmləndirib. Məhz onun müdrik siyasətinin cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz dünya birliyinin nüfuzlu üzvünə, regionun liderinə çevrilib.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film və videoçarxlar nümayiş etdirilib.