FHN yanğınla bağlı məlumat yaydı - Video

fhn-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 6521

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində baş verən yanğın haqda daha bir məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir: “Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.

Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək”.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov bildirib ki, Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib: "Yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub".

Ə. Novruzov həmçinin qeyd edib ki, yanğının baş vermə səbəbləri araşdırılır.

***

Yanğınsöndürmə qüvvələrinin fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.

Həmçinin oxuyun: “Metro City” ticarət mərkəzi yanır - Video