Fidan Lavrovla İrəvan-Bakı sülh danışıqlarını müzakirə etdi

fidan-lavrovla-irevan-baki-sulh-danisiqlarini-muzakire-etdi
Oxunma sayı: 1786

Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələrə istinadən “TRT Haber” yayıb. 

Nazirlər söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə edib. 

Məlumata görə, Hakan Fidan İrəvanla Bakı arasında sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.