“Fikir ayrılıqlarını Birlik ölkələri arasında həll etmək imkanımız var”

fikir-ayriliqlarini-birlik-olkeleri-arasinda-hell-etmek-imkanimiz-var
Oxunma sayı: 1772

“MDB üzvləri arasında fikir ayrılıqları yaransa da, Birlik ölkələri arasında onları həll etmək imkanı var”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-forma sammitində deyib.

O bildirib ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır, lakin Rusiya əməkdaşlıq etməyə hazırdır:

“Hər hansı problem yaransa da, biz onları özümüz birlikdə yoldaşlıq yardımı ilə həll etməyə çalışırıq. Son ildə dövlətlər arasında hərtərəfli əlaqə bütövlükdə uğurla inkişaf edib. Bunu Rusiya ilə bütün MDB ölkələri arasında ticarət dövriyyəsinin artımı da təsdiqləyir. Yanvar-oktyabrda ticarət dövriyyəsinin həcmi 6,6% artaraq 81,5 milyard dollara çatıb. Bu ilin sonuna qədər onun 100 milyard dollara çatacağını gözləməyə əsas var”.