Fikrət Məmmədov yeni rəis təyin etdi

fikret-memmedov-yeni-reis-teyin-etdi
Oxunma sayı: 10804

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına yeni rəis təyin olunub. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Asif Quliyev təcridxanaya rəis təyin olunub. 

Qeyd edək ki, A. Quliyev daha öncə məntəqə tipli cəzaçəkmə müəssəsinin rəisi vəzifəsində çalışıb. 2 saylı istintaq təcridxanasının əvvəlki rəisi ədliyyə polkovniki Ruslan Rəsulov olub.

Elmar Əli