“Fındıq məhsulumuzdan imtina halının sayı 11-ə düşüb”

findiq-mehsulumuzdan-imtina-halinin-sayi-11-e-dusub
Oxunma sayı: 1539

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə ECO ölkələri arasında heyvandarlıq sahəsində əməkdaşlıq etmək üçün böyük potensial var.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Sədr bildirib ki, Azərbaycan ECO ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir:

“AQTA üçün əsas məqsəd ölkədə qida təhlükəsizliyinə nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə beynəlxalq standartları öyrənmək mühüm məsələlərdən biridir. 

Misal üçün göstərə bilərik ki, 2017-ci ilin yanvar ayından agentliyin fəaliyyətə başladığı tarixə qədər fındıq məhsulundan idxalçı ölkələrin imtina halının sayı 36 idisə, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək bu rəqəm 11-ə düşüb”.

O əlavə edib ki, Azərbaycandan Avropa İttifaqına heyvan mənşəli qida məhsullarının ixracı üçün işlər həyata keçirilir: “Nəticədə Azərbaycandan xaricə ixrac ediləcək qida məhsullarının həcmi nəzərə çarpacaq dərəcədə artacaq”.

Günel Hacı