Şok iddia: “Fənərbaxça” “Qalatasaray”a rüşvət təklif edib

sok-iddia-fenerbaxca-qalatasaraya-rusvet-teklif-edib
Oxunma sayı: 655

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, danışılmış oyunlarda adı ən çox hallanan “Fənərbaxça”nın əzəli rəqibi “Qalatasaray”a rüşvət təklif etdiyi iddia edilir. Belə ki, ötən mövsüm çempionluq uğrunda mübarizədə “Fənərbaxça”nın əsas rəqibi olan “Trabzonspor”un “Qalatasaray”la oyunda xal itirməsi “sarı-lacivərdlilər”in zirvəyə yolunu açmaq üçün şans yaradacaqdı. Yayılan xəbərlərə görə, bu oyundan əvvəl “Fənərbaxça”nın keçmiş prezidenti Aziz Yıldırımın Şekip Mosturoğlu vasitəsilə “Qalatasaray”ın sabiq idman direktoru Adnan Sezginə pul təklif edib və bunun müqabilində “Qalatasaray”ın “Trabzonspor”u məğlub etməsini istəyib.

Ceyhun Əhmədov