Frankfurt-Tbilisi-Bakı reysləri bu tarixdən açılır

frankfurt-tbilisi-baki-reysleri-bu-tarixden-acilir
Oxunma sayı: 5421

Almaniyanın “Lufthansa” aviaşirkəti iyunun 1-dən Frankfurt-Tbilisi-Bakı müntəzəm reysləri həyata keçirəcək.

Bu barədə “Qafqazinfo” Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadən xəbər verir.

Uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək: çərşənbə axşamı, cümə axşamı, cümə və bazar.

Aviaşirkət artıq müvafiq icazə alıb.