Fransa səfirindən terrorla bağlı başsağlığı

fransa-sefirinden-terrorla-bagli-bassagligi
Oxunma sayı: 2369

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum məni dərindən kədərləndirdi. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan XİN-dəki həmkarlarımıza və Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm”.