Fransa yenə qarışdı - Rusiya millisi qovulacaq?+Foto

fransa-yene-qarisdi
Oxunma sayı: 7053

Avropa çempionatında mübarizə aparan İngiltərə və Rusiya komandalarının azarkeşləri yenə dava ediblər.

Qafqazinfo” xəbər verir ki, UEFA-nın qoyduğu qadağalara əməl etməyən azarkeşlər bu dəfə Fransanın Lill şəhərində qarşıdurma yaradıblar.

Fransız polislər davanın qarşısını almaqda çətinlik çəkiblər. İngilis fanatlara uelslilər də dəstək olublar. Baş verən hadisələrdən sonra 2 rus azarkeş nəzarət altına götürülüb.

Qeyd edək ki, UEFA çempionatın gedişində ixtişaşaların təkrarlanacağı halda Rusiyanı AÇ-2016-dan qova biləcəyini bildirmişdi.