Fransada 600-ə yaxın hərbçi koronavirusa yoluxdu

fransada-600-e-yaxin-herbci-koronavirusa-yoluxdu
Oxunma sayı: 1396

Fransada 600-ə yaxın hərbçinin koronavirusa yoluxduğu məlum olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fransanın Müdafiə naziri Florans Parli açıqlama verib.

"Təxminən 600 hərbçimiz koronavirusa yoluxub. Biz vəziyyəti yaxından izləyirik və müvafiq olaraq hərbi birləşmələrdə tənzimləmələr aparırıq. Döyüş hazırlığımızın zərər görməməsi barədə əmin olmaq istəyirik",-deyə o bildirib.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 82,165-ə çatıb, 6,507 nəfər xəstəlik səbəbindən həyatını itirib.