Fransada daha 9 məscid bağlandı

Fransada daha 9 məscid bağlandı
Oxunma sayı: 1765

Fransa daxili işlər naziri Cerald Darmanin izlənilməsini tələb etdiyi 18 ibadət məkanından 9-nun bağlandığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, nazir tvitter hesabında Prezident Emmanuel Makron və Baş nazir Jan Kasteksin təlimatları çərçivəsində ölkədə “İslami ayrı-seçkilik”lə mübarizə adı altında hökumətin məqsədyönlü addımlar atdığını bəyan edib.

“İzlənilməsini istədiyim 18 məsciddən 9-u bağlandı”, - deyə DİN rəhbəri vurğulayıb.

“Le Figaro”nun məlumatına görə, bağlanan məscid sayı DİN rəhbərini qane etməyib. Nəşr yazır ki, C.Darmanin yeni ildən öncə müşavirə keçirib və tədbirdə bu məsələdə daha qərarlı olmağı tələb edib.

Ölkədə 89 məscidin dövlət tərəfindən izlənildiyi qeyd olunur.