Futbol klublarımız da zəlzələdən zərərçəkənlərə yardım etdi - Fotolar

futbol-klublarimiz-da-zelzeleden-zerercekenlere-yardim-etdi
Oxunma sayı: 1877

Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə ölkəmizdən yardımlar getməkdə davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan futbol klubları da bu yardımlara qoşulub. 

“Neftçi” bu gün Türkiyəyə yardım göndərib. Paytaxt klubu həm ərzaq, həm də geyim olaraq zərərçəkənlərə dəstək olub. 

“Sabah” klubu da yardımlara biganə qalmayıb. Masazır təmsilçisi qardaş ölkəyə ərzaq və geyim göndərib. 

“Qarabağ” isə həm maddi olaraq zərəçəkənlərə dəstək göndərib, həm də zərər çəkən bölgələrə geyim və ərzaq yollayıb.