Füzuli, Natəvan, Sabir XXI əsrdə yaşasaydı... - Fotolar

fuzuli-natevan-sabir-xxi-esrde-yasasaydi
Oxunma sayı: 6412

“Ali və Nino” kitab mağazaları şəbəkəsinin “Klassiklərimiz həmişə yaşayır!” adlı layihəsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ötən gün kitab evinin rəsmi feysbuk səhifəsində Məhəmməd Füzuli, Nizami Gəncəvi, Hüseyn Cavid, İmadəddin Nəsimi, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir və Xaqani Şirvaninin müasir dövrlə uyğunlaşdırılmış tərzdə fotoları paylaşılıb.

Bildirilib ki, bu yaradıcı nümunələr müasir dövrdə klassik yazarların daima öz aktuallığını qoruyub saxladığını, həyatın hər anında insanların yanında olduğunu ifadə edir.

Lakin “Ali və Nino”nun sözügedən layihəsini  sosial şəbəkədə paylaşaraq tənqid edənlər, posta qınaq dolu rəy yazanlar çoxluq təşkil edir. Bildirilir ki, milli dəyərlər toxunulmazdır və belə bir addımın atılması yolverilməzdir.