“Qafqazinfo”nun məlumatına görə sərbəst güləş üzrə 12 çəki dərəcəsində yeniyetmə və gənclər arasında keçirilən yarışmaya 7 rayonun təmsilçiləri qatılıb. Fizuli rayonunda keçirilən yarışda Füzuli, Xocavənd, Beyləqan, Sabirabad, Bakı, Saatlı rayonlarının təmsilçiləri iştirak edib. 120 idmançının təmsil olunduğu yarış 2 gün davam edib.