Gecə klubundakı davanın detalları açıqlandı

gece-klubundaki-davanin-detallari-aciqlandi
Oxunma sayı: 8156

Paytaxtın Nizami rayonunda "X-Life" gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi dava baş verməsi barədə məlumat yayılıb.

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, insident ölkəyə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib.

Həmçinin oxuyun: Bakıda gecə klubunda əməliyyat keçirildi  

Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədiklərini bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar.

Həmçinin oxuyun: “AZZA” cərimələndi

Qeyd edək ki, ilkin məlumata görə, klubdakı insident obyektin gecə 12-dən sonra fəaliyyət göstərməsi ilə bağlı başlanmışdı. 

Video: Trend