Gədəbəydə qətl hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası, 1966-cı il təvəllüdlü İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 21:14-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gədəbəy rayonu ərazisindən təcili çağırış qeydə alınıb.
Çağırış ünvanına qısa müddətdə təcili tibbi yardım briqadası cəlb olunub.
1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər