Gədəbəydə ağır qəza, sürücü ilə anası öldü

gedebeyde-agir-qeza-surucu-ile-anasi-oldu
Oxunma sayı: 2031

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə saat öncə qeydə alınıb. “VAZ 21011” markalı avtomobillə “Pajero” markalı maşın toqquşub. 

Qəza nəticəsində “VAZ 21011”in sürücüsü, 31 yaşlı Hüseynov Ruslan İbrahim oğlu və onun anası Hüseynova Nüşabə Telman qızı hadisə yerində vəfat edib.

Həmin maşında olan 2010-cu il təvəllüdlü Nuriyev Məcid Nuşirəvan oğlu və 1955-ci il təvəllüdlü Mahir Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd