“Gelandewagen”lə PPX maşını toqquşdu, polis yaralandı - Video

gelandewagenle-ppx-masini-toqqusdu-polis-yaralandi
Oxunma sayı: 2769

Bakıda gecə saatlarında “Gelandewagen” markalı avtomobillə polis maşını toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda yerləşən Ağ Şəhər ərazisində baş verib.

Bakı Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində Post Patrul Xidmətinin əməkdaşı xəsarət alıb: “Əməliyyat-istintaq qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Xəsarətin dərəcəsindən asılı olaraq hüquqi qiymət veriləcək".

Həmçinin oxuyun: Bakıda pul qazanmaq istəyən polis idarədən silah oğurladı