Gənc şairdən “Erotik şeir”

genc-sairden-erotik-seir
Oxunma sayı: 6289







Erotik şeir


Baxışlarım baxışınla barışdı.
Əllərimiz küslülüyü pozdular.
Sinən yenə daş sinəmə sıxıldı.
Dodağımız yenə abırsızdılar.

Biz birləşib çarpayını təklədik.
Pəncərədən baxan quşlar utandı.
Yaxınlaşdım, sən də çəkdin özünə.
Mələfənin gözlərinə qan damdı.

Artdı mənim kürəyimdə yaralar.
Min bir dürlü səs çıxardı çarpayı.
Gen-bol idi bədəninin süfrəsi.
Şirin idi sinənin gilas payı.

Şahmar kimi dolanmışdın boynuma.
Saçların da toxunmamış kəndirdi.
Tər çayın, tər çayıma qarışdıqca.
Hiss edirdim can iki, bədən birdi.

Yaralılar sevməz yara vuranı,
Yaralıydın, qorumadın yaranı.
Şəhvət şirin, şəhvət şirə, şəhvət can.
Bal gölünə batırmışdım arımı.

Bir də gördük dəyişdi hər şey qəfil,
Ölü kimi qollarımız boşaldı.
İtib-batdı, yoxa çıxdı, səs-səmir.
Sükut bütün canımızda baş aldı.

Eh, çoxumuz ehtirasın quluyuq.
Yaşıllanıb, az sonra quruyuruq
Can deyilik, şəhvət taxtalarıyıq,
Özümüzdən insan-minsan oyuruq.