Brilliant Dadaşovanın həyat yoldaşı bu teatra direktor təyin olundu

brilliant-dadasovanin-heyat-yoldasi-bu-teatra-direktor-teyin-olundu
Oxunma sayı: 3597

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. 

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub. 

Ə. Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib. O, Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.