Gəncədə güllələnmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1994-cü təvəllüdlü Zülfüqar Əsgərov güllə yarası ilə xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.
***
32 yaşlı Gəncə şəhər sakini, Z.Əsgərov qohumunun tir tüfəngi ilə ehtiyatsız davranışı nəticəsində xəsarət alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər