Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, 1956-cı il təvəllüdlü Natiq Bağırov yolu keçərkən avtomobil tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər