Gəncədə ağır qəza - Ölən və yaralılar var

gencede-agir-qeza
Oxunma sayı: 5360

Gəncədə ölümlə nəticələnən ağır qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "ZİL" markalı yük maşını ilə "VAZ 210U" markalı minik maşını toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Zöhrab Hüseynov və 2004-cü il təvəllüdlü Çingiz Mustafayevdir. Ölən isə Mehdi adlı şəxsdir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Yunus Quliyev