Gəncədə ağır qəzada ölən və yaralananlar var - Foto - Yenilənib

gencede-agir-qezada-olen-ve-yaralananlar-var
Oxunma sayı: 2113

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Fiat Doblo” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə “Fiat”da olan sərnişin hadisə yerində ölüb. Daha 3 nəfər - Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyev (1996) isə xəsarət alıb.

Qəzada vəfat edən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəzada ölən şəxsin kimliyi məlum olub. Bu, 1953-cü il təvəllüdlü Oktay Süleymanovdur. 

Yunis Quliyev