Gəncədə qadına balta ilə xəsarət yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Sevda Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, qadına xəsarəti əri yetirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər