Kök Hüceyrə Mərkəzinin təqdimatı çərçivəsində “Bir Hüceyrə – Min Ümid” adlı konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Liv Bona Dea Hospitalın kök hüceyrə mütəxəssisi Dr. Rəşad Rəsulov, Prof. Dr. Erdal Karaöz, Ege Universiteti Molekulyar Tibb rəhbəri Prof. Afiq Bərdəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (Talassemiya Mərkəzi) baş həkimi Səhər İsmayılova iştirak edərək kök hüceyrə terapiyası sahəsində təcrübələrini bölüşüblər.
Yeni yaradılan Mərkəz regenerativ tibb sahəsində müasir yanaşmaları tətbiq edərək, müxtəlif xəstəliklərin müalicəsində innovativ imkanlar təqdim edir. Kök hüceyrə terapiyası vasitəsilə orqanizmin özünü bərpa etmə potensialından istifadə olunur və pasiyentlərə fərdi müalicə planları əsasında xidmət göstərilir.
Nevroloji, oftalmoloji, kardioloji, ortopedik və bəzi xroniki xəstəliklərin dəstəkləyici müalicəsində tətbiq olunan bu yanaşmalar beynəlxalq standartlara uyğun, müasir avadanlıqlarla həyata keçirilir.
Liv Bona Dea Hospital bu mərkəz vasitəsilə Azərbaycanda innovativ tibbi xidmətlərin inkişafına töhfə verməyi və pasiyentlər üçün daha geniş müalicə imkanları yaratmağı hədəfləyir.


Son xəbərlər
Son Xəbərlər