Məşhur amerikalı aktyor vəfat etdi

meshur-amerikali-aktyor-vefat-etdi
Oxunma sayı: 379

Amerikalı aktyor Patrik Muldun 57 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Deadline” məlumat yayıb.

Portalın məlumatına görə, aktyorun ölüm səbəbi infarkt olub.

Qeyd edək ki, Patrik Muldun Los-Ancelesdə anadan olub. Cənubi Kaliforniya Universitetini bitirib və kino karyerasına başlayıb. O, “Həyatımızın günləri” serialındakı rolu ilə tanınıb.

1997-ci ildə o, leytenant Zander Barkalovu canlandırdığı “Ulduz gəmisi əsgərləri” adlı elmi-fantastik döyüş filmində rol alıb. Film kult statusu qazanıb və onun filmoqrafiyasında mühüm yer tutub.