Ağ Ev nazirin istefasını açıqladı

ag-ev-nazirin-istefasini-aciqladi
Oxunma sayı: 329

ABŞ-də Ağ Evin Kommunikasiya direktoru Stiven Çeunq əmək naziri Lori Çavez-DeRemerin vəzifəsindən ayrıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, Çeunq bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib ki, nazir özəl sektorda yeni vəzifə tutmaq üçün postunu tərk edir.

Çavez-DeRemerin istefasından sonra Əmək Nazirliyinə müvəqqəti olaraq Keyt Sonderlinq rəhbərlik edəcək.

Ağ Ev rəsmisi açıqlamasında Çavez-DeRemerin fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və əlavə edib ki, o, amerikalı işçilərin qorunması, ədalətli əmək təcrübələrinin təşviqi və vətəndaşların peşə bacarıqlarının artırılması istiqamətində mühüm işlər görüb.