Gəncədə “Mərkəzi Univermaq” Ticarət Mərkəzinin binasında çökmə olub.
“Qafqazinfo”nun məlumatına görə, binada işləyən şəxslər təxliyə edilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki,"112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər