Gəncədə iri ticarət mərkəzlərindən biri olan “Xəmsə Park”da yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
***
Yanğının ticarət mərkəzinin mətbəx hissəsində başladığı bildirilir. Artıq yanğın söndürülüb.
***
Ticarət mərkəzində ümumi sahəsi 250 kv.m olan köməkçi otağın 10 kv.m-də yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvələr cəlb olunub. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər