General niyə işdən çıxarıldı?

general-niye-isden-cixarildi
Oxunma sayı: 5648


General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib. Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç.Məmmədov ötən ilin sonlarında Silahlı  Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.

Maraqlıdır ki, Z.Həsənov müdafiə naziri təyin olunduqdan sonra elə ilk günlərdə Ç.Məmmədovun vəzifəsindən uzaqlaşdırılacağı xəbəri yayılsa da, sonradan bu məlumatlar təkzib olundu. Bəs Ç.Məmmədovu vəzifədən uzaqlaşdırılan digər generalların aqibəti gözləyə bilərmi? Bir müddət sonra Ç.Məmmədov barəsində də cinayət işinin açılmasının şahidi ola bilərikmi?

Yeni təyinata münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov son vaxtlar müdafiə nazirliyinin rəhbərliyindəki dəyişiklikləri təqdir edir. Onun fikrincə, bu baxımdan son təyinat doğru seçim sayıla bilər: «Mənim ondan heç bir aslılığım olmadığından sözlərimin düzgün başa düşülməsini istəyirəm. Onun çox böyük hərbçi tərcümeyi-halı var. O Heydər Əliyevin dövlət başçısı olduğu dönəmdə müdafiə naziri postuna layiqli namizədlər arasında olub. Sevindiricidir ki, bu general indiyə kimi bir dəfə də olsun Azərbaycan mətbuatında adı mənfi tərəfə çəkiləməyib. Bunun özü çox şeylərdən xəbər verir. Bu şəxs Qarabağ savaşında iştirak edib. Təəssüflər olsun ki, sabiq rəhbərlik ona lazımı qiyməti vermədi”.
Ç.Məmmədovun ehtiyata göndərilməsinə gəlincə isə Ü.Cəfərov hesab edir ki, bu şəxs barəsində müvafiq strukturlar geniş araşdırmaya başlamalıdırlar. Belə bir araşdırmanın aparılması üçün kifayət qədər əsasın olduğunu deyən Ü. Cəfərov vurğuladı ki, Ç.Məmmədovun vəzifə səlahiyyətlərin süi-istifadə etməysiylə bağlı kifayət qədər fakt var.

Hərbi ekspert Cəsur Sümərinli də Ç.Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasının düzgün qərar olduğunu düşünür. Onun sözlərinə görə, Z.Həsənov müdafiə naziri təyin olunarkən vəzifəsindən uzaqlaşdırılmalı olan generallar siyahısında məhz Ç.Məmmədovun adı birinci gəlirdi: «Çingiz Məmmədovun faktiki olaraq fəaliyyəti olmasa da, onun adı bir sıra neqativ məqamlarda hallanırdı. Bu baxımdan düşünürəm ki, Çingiz Məmmədov barəsində araşdırmanın aparılması zəruridir. Bir çox generallar barəsində cinayət işi qaldırılıb. Bu baxımdan Çingiz Məmmədovun da fəaliyyətinin araşdırılması mümkündür. Bu baxımdan düşünürəm ki, 2-3 aydan sonra artıq Çingiz Məmmədovun da fəaliyyəti araşdırılacaq».

“Azadlıq” qəzeti