Gezeravcı kosmosdan çəkdiyi fotolardan paylaşdı - Fotolar

gezeravci-kosmosdan-cekdiyi-fotolardan-paylasdi
Oxunma sayı: 16779

Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosdan çəkdiyi Şimali Kipr Türk Cümhuriyyətinin fotolarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Gezeravcı paylaşımı “X” sosial media hesabında edib.

“Kosmosun dərinliklərindən baxanda belə bir-birimizə bu qədər yaxınıq!…

Taleyini sarsılmaz bağlarla bağlayan vətən Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının əbədi birliyinin kosmosa yansıması...”, - o paylaşımda qeyd edib.