Gezeravcı Yerə döndü - Video

gezeravci-yere-dondu
Oxunma sayı: 3871

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Axiom-3” komandası Yerə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

47 saatdan sonra 4 nəfərlik heyətin okeana eniş etdiyi bildirilib. Onların sağlamlıq vəziyyətinin qaydasında olduğu açıqlanıb. 

Qeyd edək ki, Türkiyənin ilk kosmos sərnişini Alper Gezeravcının da olduğu kosmik gəmi yanvarın 19-u Bakı vaxtı ilə 01:49-da NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb.