Gizli 5 görüş və malikanədə yeni il tətili...

gizli-5-gorus-ve-malikanede-yeni-il-tetili
Oxunma sayı: 2041

26-cı dəfə təşkil olunan SAG mükafat mərasimində keçmiş evli cütlük Bred Pitt və Cennifer Enisotun səhnə arxasında yaxınlaşması gündəmi zəbt edib.

“Qafqazinfo” xəbər verir ki, onların 2005-ci ildən sonra ilk dəfə səmimi görüntülənməsi sevgili olması barədə yayılan şayiələri daha da artırıb. Adətən Amerika KİV cütlüyü yenidən evləndirmək istəyirmiş kimi ard-arda məqalələr dərc edir, Bred-Cennifer münasibətinin pərdəarxasını açıqlamağa çalışır.

“The Mirror” qəzeti yazır ki, uzun müddətdir gizli münasibət quran cütlük kameralar önündə baş tutan görüşdən sonra 5 dəfə bir arada olub. Hətta cütlük Enistonun “Bel Air” malikanəsində yeni il tətilini birlikdə keçirib.

Bədən dili üzrə ekspert Amber Kelleher “The Sun” qəzetinə açıqlamasında Pitt və Enistounun görüşdəki jest və mimikalarını analiz edib. Nəticəyə əsasən, A. Kelleher iki Hollivud ulduzunun yenidən bir araya gələcəyini qeyd edib.