“Google”un işində problem yaranıb

googleun-isinde-problem-yaranib
Oxunma sayı: 904

Amerikanın Google” kompaniyasının servislərinin işində problemlər müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında bildirilib.

“Google”un işindən daha çox ABŞ, Latın Amerikası ölkələri, həmçinin Yaponiya sakinləri şikayət edir.

“Youtube”dakı problemlər barədə bildirən 63% istifadəçidə videolar nümayiş olunmur, “Gmail”in 54% istifadəçisi hesaba daxil olmaqda çətinlik çəkir, 34%-i isə saytı nəzərdən keçirməkdə çətinlik çəkir.