Goranboyda ağır qəza, yaralılar var

goranboyda-agir-qeza-yaralilar-var
Oxunma sayı: 1231

Goranboyda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Qafqazinfo"nun xəbərinə görə, hərəkətdə olan "VAZ-21099" ilə "Niva" nın toqquşması nəticəsində üç nəfər - rayonun Borsunlu kənd sakinləri, 1988 ci il təvəllüdlü Məmmədov Məhəmməd Hüseyn oğlu, 1997-ci il təvəllüdlü Hüseynov Şamxal Səyyad  oğlu və Qara Süleymanlı kənd sakini, 1963-cü il təvəllüdlü Bədəlov Adil Şahverdi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Ş.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli