Goranboyda qəza - 3 nəfər yaralandı

goranboyda-qeza
Oxunma sayı: 1372

Goranboyda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı—Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ2106" markalı avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan bir nəfər İsmayıl Məhəmmədovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli