Goranboyda qəza, ər-arvad yaralandı

goranboyda-qeza-er-arvad-yaralandi
Oxunma sayı: 772

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan avtomobilin qəzaya uğraması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsib oğlu və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Hüseynova Gündüz Vüqar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli