Bu gün Goranboy rayonunda zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə Goranboy rayonunda qeydə alınıb. 20 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3,8 olub.