Göyçayın keçmiş başçısının yeni vəzifəsi

goycayin-kecmis-bascisinin-yeni-vezifesi
Oxunma sayı: 10304

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Mübariz Ağayevi Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. "Qafqazinfo" unikal.org-a istinadən xəbər verir ki, artıq keçmiş başçı yeni işlə də təmin olunub.

Belə ki, M. Ağayev Kənd Təsərrüfatı Naziri Heydər Əsədova müavin təyin edilib. Məlumatı sayta İcra Hakimiyyətindən təsdiqləyiblər.