Güclü tıxacların olduğu küçədə yenilik - Video

guclu-tixaclarin-oldugu-kucede-yenilik
Oxunma sayı: 2985

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir yol kəsişməsində və bir küçədə müntəzəm olaraq pik saatlarda yaranan sıxlığın qarşısı alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, qurumun əməkdaşları tərəfindən Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində olan svetoforun iş rejiminə dəyişiklik edilərək əsas istiqamət və piyada vaxtları artırılıb.

Bundan başqa, qəsəbənin Elşən Mehdiyev küçəsindəki svetoforun vaxt planları analiz edilib və iş rejimi günün pik saatlarına uyğun tənzimlənib. Görülən işlər nəticəsində Yavər Əliyev və Elşən Mehdiyev küçələri, həmçinin “Bakıxanov” dairəsində yaranan avtomobil sıxlığının qarşısı alınıb.

Xəbəri rus dilində oxuyun: Продюсеру-вымогательнице вынесли вердикт