Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu “Media forum” saytına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Gülər Əhmədova ərizəsində son günlər yayılan videonu əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.
Milli Məclis ərizəyə oktyabrın 1-də keçiriləcək plenar iclasda baxacaq.
Yeni Azərbaycan Partiyasının üzvü olan Gülər Əhmədova parlamentdə 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edir.
Son xəbərlər
Son Xəbərlər