Güləş Federasiyasından 63 min manat oğurlandı

gules-federasiyasindan-63-min-manat-ogurlandi
Oxunma sayı: 2328

Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq olub.

Bu barədə “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Federasiyanın ofisindəki seyfdən 63 min manat pul oğurlanıb.

Hadisə barədə polisə bu gün səhər məlumat verilib. Oğurluğun hansı tarixdə baş verdiyi isə məlum deyil.