Güləşçimiz finala yüksəldi

gulescimiz-finala-yukseldi
Oxunma sayı: 1329

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) turnirdə finala çıxıb.

O, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edib.

M.Əhmədiyev yarımfinalda isə Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.