Gümüşün qiyməti son 14 ildə ən yüksək səviyyəsinə çatdı

gumusun-qiymeti-son-14-ilde-en-yuksek-seviyyesine-catdi
Oxunma sayı: 1234

“Comex” birjasında 2025-ci ilin sentyabrında tədarükü üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti ticarət məlumatlarına əsasən, 21 sentyabr 2011-ci ildən bəri ilk dəfə 39 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, axşam saatlarında qiymətli metalın qiyməti bir troya unsiyası üçün 39,01 dollar (+4,57%) təşkil edib.

Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,75% artaraq 1 troy unsiyası üçün 3 369,8 dollar olub.