Günahsız şəxslər əsassız yerə həbs edilib? - DİN-dən açıqlama

gunahsiz-sexsler-esassiz-yere-hebs-edilib
Oxunma sayı: 4667

Sosial şəbəkələrdə İlkin Xudaverdiyev və Şəhriyar Əliyev adlı şəxslərin polis əməkdaşları tərəfindən əsassız yerə saxlanılmaları iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, məsələyə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov münasibət bildirib.

Xəbəri rus dilində oxuyun: Сотрудница коммунальной службы хотела спасти Хумар... - Фото

Баку в этом месяце примет Кубок мира

O bildirib ki, 2020-ci il may ayının 5-də paytaxtın Nizami rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlkin Xudayerdiyev və Şəhriyar Əliyev saxlanılıblar:

“Şəxsi axtarış zamanı İ.Xudaverdiyevdən 1 kiloqram heroin, Ş.Əliyevdən isə narkotik vasitələrin qəbulu zamanı istifadə etdiyi 1 ədəd şpris aşkar olunaraq götürülüb. İ.Xudaverdiyev narkotik vasitələri tanışı Baba adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Tədbirlərin davamı olaraq narkotik vasitələrin satışını həyata keçirən Baba Babayev də tutulub və istintaqa təqdim edilib. Həm Baba Babayevin, həm də İlkin Xudaverdiyevin əməli istintaqla hərtərəfli araşdırılıb və iş məhkəməyə göndərilib.

Hər iki şəxs  məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Şəhriyar Əliyev isə narkotik vasitə aludəçisi olduğundan onun barəsində qanunla nəzərdə tutulan qaydada digər tədbir görülüb.

Adları çəkilən şəxslərin heç bir günahı olmadan həbs edilməsi və polis əməkdaşlarının ünvanına səsləndirilən fikirlər əsassızdır. Həmin fikirləri qəti şəkildə təkzib edir, bunu polis əməkdaşlarının narkotiklərə qarşı apardığı qətiyyətli mübarizəyə kölgə salmaq cəhdləri kimi qiymətləndiririk”.